ABŞ-ın sabiq prezidenti Donald Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə ölkədəki immiqrantları deportasiya edəcəyinə söz verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu sabiq prezident Nevada ştatında keçirilən görüş zamanı deyib.
Mühacirlərin "ABŞ-ı işğal etdiyini” deyən Tramp seçiləcəyi təqdirdə mühacirlərin "ölkə tarixində ən böyük deportasiyaya” məruz qalacağına dair vədini təkrarlayıb.
Mühacirlərlə bağlı siyasətlərin genişləndiriləcəyini vurğulayan Tramp deyib:
"Federal hüquq-mühafizə qüvvələrinin böyük bir hissəsinin immiqrasiya ilə əlaqəli birliklərə köçürüləcəyini, ölkə xaricindəki qüvvələrin bir hissəsinin isə cənub sərhədinə çəkiləcək".
Mikayıl