Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib
DÜNYA
02:13 28.02.2025
1016
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

"Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın "Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu "seçki keçirmək istəməyən diktator” adlandırıb.
OXŞAR XƏBƏRLƏR