Tramp Zelenski ilə görüşəcək

Tramp Zelenski ilə görüşəcək
DÜNYA
14:32 16.06.2025
306
ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Tramp Ukrayna Prezidenti ilə yanaşı, Kanadanın Baş naziri Mark Karni və Meksika lideri Klaudiya Şeynbaumla da görüşməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-dən 17-dək Alberta ştatının Kananaskis kurort zonasında keçirilir. Tramp daha əvvəl tədbirdə iştirak etmək üçün Kanadaya yollanmışdı.//milli.az
OXŞAR XƏBƏRLƏR