Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək

Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
DÜNYA
19:42 03.07.2025
449

Prezidenti Donald Tramp 4 iyulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı keçirəcək, tərəflər Kiyevə ABŞ-nin silah tədarükünün dayandırılmasını müzakirə edəcəklər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat verib.

Daha əvvəl "The New York Times" qəzeti məlumat vermişdi ki, ABŞ Ukraynaya "Patriot" HHM sistemləri üçün etiraz raketlərinin, yüksək dəqiqlikli GMLRS sursatlarının, Hellfire idarə olunan raketlərinin, Stinger daşınan raket komplekslərinin və bir sıra digər silahların tədarükünü dayandıracaq.
OXŞAR XƏBƏRLƏR