Trampa doğru uçan güllənin görüntüsü yayıldı - FOTO

Trampa doğru uçan güllənin görüntüsü yayıldı - FOTO
DÜNYA
19:19 14.07.2024
326
1983-cü ildən ABŞ prezidentlərinin şəkillərini çəkən amerikalı fotoqraf Duq Mills sui-qəsd zamanı Donald Trampa doğru uçan güllənin fotosunu çəkə bilib.
 
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, müvafiq kadr Millsin işlədiyi "The New York Times" tərəfindən dərc edilib.
 
Fotoqrafın şəkilləri keçmiş FTB xüsusi agenti Maykl Harriqan tərəfindən qiymətləndirilib. Onun sözlərinə görə, fotodakı güllə bir qədər aşağıdan uçur, lakin bu, təəccüblü deyil, çünki cinayətkar bir neçə dəfə atəş açıb.
 
Qeyd olunur ki, Mills öz işi üçün saniyədə 30 kadr sürətlə çəkə bilən kameradan istifadə edib.

 

OXŞAR XƏBƏRLƏR