Trampa qarşı yeni ittihamlar irəli sürüldü

Trampa qarşı yeni ittihamlar irəli sürüldü
DÜNYA
12:19 15.08.2023
163
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı yeni ittihamlar irəli sürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə, o cümlədən dövlət məmurunun andını pozmağa təhrik, yalan bəyanatlar vermək üçün sui-qəsd və ştatın antikorrupsiya qaydalarını pozmaqla bağlı ittihamlar irəli sürülüb. 

Corciya ştatının Atlanta şəhərində Trampın "2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd” iddiasını uzun müddətdir araşdıran Fulton rayon prokurorlarının təqdim etdiyi sübutlar və şahid ifadələrindən sonra keçmiş prezidentə qarşı yeni ittihamlar açıqlanıb. 

41 ittihamın yer aldığı 98 səhifəlik ittihamnamədə Trampa qarşı "dövlət məmurunun andını pozmağa təhrik etmək”, "yalan bəyanat vermək üçün sui-qəsd” və "korrupsiyaya qarşı mübarizə və şantajla bağlı dövlət qanunlarını pozmaq” kimi 13 ittiham irəli sürülüb. 

İttihamnamədə Trampdan başqa, vəkilləri, kampaniya qrupunun adları və Ağ Evin keçmiş Aparat rəhbəri Mark Meadouz da daxil olmaqla daha 18 nəfər ittiham olunub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR