Trampa sui-qəsd edən gəncin atası bir müddət əvvəl polisə müraciət edibmiş

Trampa sui-qəsd edən gəncin atası bir müddət əvvəl polisə müraciət edibmiş
DÜNYA
13:56 19.07.2024
215
ABŞ-nin sabiq prezidenti Donald Trampa sui-qəsd təşkil edən gənclə bağlı yeni təfərrüatlar üzə çıxıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər veirr ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruksun atasının bir müddət əvvəl polisə müraciət ediyi bildirilib.
 
Ata oğlundan xəbərsiz olduğunu, onunla yanaşı uşaqları üçün narahatlığını dilə gətirib.

Polisə müraciətin dəqiq tarixi və məzmunu haqda məlumat verilməsə də, bildirilib ki, ata Kruksun oğlunun sui-qəsd cəhdindən əvvəl təhlükəsizlik qüvvələri ilə görüşdüyü təxmin edilir.

Bu arada, Crooksun valideynlərinin istintaqda Federal Təhqiqat Bürosu (FTB) ilə əməkdaşlıq etdiyi də paylaşılıb.

Qeyd edək ki, Kruks Trampın podiuma çıxmasından bir saat əvvəl belində çanta ilə meydanı gəzib və əlindəki məsafəölçənlə ölçmə apararkən hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini çəkib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR