ABŞ Prezidenti Donald Tramp seçkidə qeydə alınan saxtakarlıq halları barədə məlumat verənlərə bir milyon dollar mükafat vəd edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazıb.
"Seçkidə saxtakarlıq halları barədə - istər əvvəlki seçkidə, istərsə də 2026-cı ildə keçiriləcək aralıq seçkisində məlumat verən hər kəsə saxtakarlıqda məsul şəxslər tutulub təqsirli bilinərsə, 1 milyon dollar mükafat veriləcək!" , - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçki keçiriləcək.











































