ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına xərclərini azaltmaq və məşğulluqda böyük ixtisarlara çağırmaq üçün yeni göstərişlər verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Trampın təlimatlarına görə, hər yeni işə qəbul edilən dörd işçinin işdən çıxarılmasını əmr edib.
Ağ Evin yaydığı memorandumda deyilir ki, agentliklər dörd işçini ixtisar etmədən yeni işçi götürə bilməyəcək.
Bununla belə, hüquq-mühafizə orqanları, milli təhlükəsizlik və immiqrasiya ilə bağlı sahələr bu qaydadan istisnadır.
Bildirilib ki, Trampın bu planını həyata keçirmək üçün İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə işləmək lazım gələcək.
Bununla yanaşı, DOGE-nin dövlət qurumlarında kütləvi ixtisarları qüvvəyə mindirmək səlahiyyətinin olub-olmaması qeyri-müəyyən olaraq qalır.
Mütəxəssislər bu son addımın Trampın bürokratiyanı azaltmaq planlarına da mane ola biləcəyini iddia edirlər.