Trampdan immiqrantlarla bağlı daha bir SƏRT QƏRAR

DÜNYA
12:27 24.02.2025
249
Donald Trampın ölkəyə tək, valideynsiz gələn mühacir uşaqları immiqrasiya məhkəmələrinə gətirmək və ya deportasiya etmək təşəbbüsü irəli sürdüyü iddia edilib. 

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Tramp gömrük işçilərinə valideynləri olmayan immiqrant uşaqları izləməyi əmr edib.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Mühafizə Agentliyindən (ICE) əldə edilən məlumata görə, bu təcrübənin immiqrant uşaqları insan alverindən və digər zərərlərdən qorumaq məqsədi daşıdığı iddia edilib. 

Xatırladaq ki, ABŞ-nin sabiq prezidenti Co Baydenin dövründə tətbiq edilən "müxtəliflik, bərabərlik və əhatəlilik” tətbiqlərini vəzifəyə gəldiyi gün ləğv edən Donald Tramp daha sonra qanuni immiqrasiyaya icazə verən "CBP One” adlı tətbiqin də ləğv edildiyini açıqlayıb. 

Qeyd edək ki, Tramp ölkəyə qeyri-müntəzəm şəkildə daxil olan mühacirləri nəzarətdə saxlamaq üçün Quantanamoda 30 min nəfərin yerləşdirilməsi üçün bir obyektin hazırlanmasını əmr edib və ABŞ Müdafiə Naziri Pit Heqset bu obyektin immiqrantlar üçün mükəmməl bir ərazi olduğunu deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR