İyunun 12-də ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların yeni raundu keçiriləcək.
Bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqton hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərə cavablarından razı deyil:
"Cümə axşamı İranla görüşümüz olacağına görə bir qədər gözləyəcəyik. Onlar (İran hakimiyyəti) sadəcə olaraq, mümkün olmayan bir şey istəyirlər və imtina etməli olduqlarından əl çəkmək istəmirlər. İran uranı zənginləşdirmək imkanı axtarır, halbuki zənginləşdirə bilməzlər.
Hələ lazımi məqama çatmayıblar. Bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir. Onlar sövdələşmə ilə bağlı fikirlərini açıqlayıblar. Mən dedim: "Bu, sadəcə olaraq, qəbuledilməzdir”.
///Report