Trampdan israilli diplomatların öldürülməsinə - Münasibət

Trampdan israilli diplomatların öldürülməsinə - Münasibət
DÜNYA
08:57 22.05.2025
361
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən və nəticədə İsrail səfirliyinin iki əməkdaşının həlak olduğu atışmanı "antisemitizmə əsaslanan hücum" adlandırıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edərək, həlak olan diplomatların ailələrinə başsağlığı verib.

"Bu dəhşətli qətllər, açıq şəkildə antisemitizmə əsaslanan cinayətlər dərhal dayandırılmalıdır! ABŞ-da nifrətə və radikalizmə yer yoxdur”, – Tramp qeyd edib.
OXŞAR XƏBƏRLƏR