ABŞ-da prokuror Fani Uillis ABŞ-ın sabiq prezidenti Donald Trampın Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməkdə ittiham olunduğu iş üzrə məhkəməsinin 2024-cü il martın 4-də başlamasını təklif edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Uillis həmçinin Trampla eyni iş üzrə mühakimə olunan digər 18 müttəhimin ilk dinləmələrinin sentyabrın 5-i keçirilməsini istəyib.
Gələn ilin noyabrında keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayan Trampın 2024-cü ildə 4 fərqli iş üzrə məhkəmə qarşısına çıxacağı gözlənilir. Tramp 2016-cı il prezident seçkiləri zamanı yaşlı kinoaktrisa Stormi Danielsə rüşvət vermək ittihamı ilə ona qarşı açılan iddianın bir hissəsi olaraq 2024-cü il martın 25-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, Donald Tramp 2020-ci ildəki prezident seçkilərin uduzub və o, 6 yanvar 2021-ci ildə Konqresə hücum etməkdə günahlandırılıb.
Corciya ştatında 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxiləyə cəhd iddiası ilə Trampa qarşı hazırlanan iddianamədə Tramp və 18 müttəhim 41 cinayətdə ittiham olunub, onların hamısı şantaj, fırıldaqçılıq, sui-qəsd və yalan ifadələr verməklə günahlandırılıb. Onlara 20 ilədək həbs cəzası istənilib. Trampa qarşı 4-cü ittihamnamədə ona qarşı "dövlət məmurunun andını pozmağa təhrik”, "yalan bəyanatlar vermək üçün sui-qəsd” və "korrupsiya və şantajla mübarizə haqqında ştat qanunlarını pozmaq” daxil olmaqla ümumilikdə 13 ittiham irəli sürülüb.
Mikayıl