Trampın nümayəndəsi: HƏMAS girovları azad etsə, Qəzzada döyüşlər dayanacaq

Trampın nümayəndəsi: HƏMAS girovları azad etsə, Qəzzada döyüşlər dayanacaq
DÜNYA
08:57 17.04.2025
350
"Qəzza zolağında döyüşlərə son qoymaq üçün HƏMAS hərəkatı bütün girovları azad etməlidir.”

Bunu ABŞ prezidentinin girovların işi üzrə nümayəndəsi Adam Bouler bildirib.

"Mən sizə deyə bilərəm ki, girovlar azad edilərsə, döyüşlər dərhal dayandırılacaq", - o deyib.

Bouler həmçinin vurğulayıb ki, girovların azad edilməsi sülhə doğru ilk addımdır.

Bouler hesab edir ki, İsrail və HƏMAS arasında danışıqlar hələ də aparıla bilər.
 
///APA
OXŞAR XƏBƏRLƏR