Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayır

Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayır
DÜNYA
18:47 21.05.2025
617
ABŞ Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp bildirib ki, bir gün prezidentliyə namizədliyini irəli sürə bilər.

Qətərdə panel sessiyalarından birində çıxışı zamanı 47 yaşlı Trampdan atası vəzifəsini tərk etdikdən sonra "estafeti götürüb-götürməyəcəyi" barədə soruşublar.

"Cavab belədir: bilmirəm, bəlkə bir gün. Mən həmişə bu işlərin çox fəal tərəfdarı olacağam. Düşünürəm ki, atam doğrudan da Respublikaçılar Partiyasını dəyişib", - o bildirib.

Kiçik Tramp "1789 Capital” investisiya şirkətinin tərəfdaşıdır. O, həmçinin eyni tədbirdə bildirib ki, icraçı vitse-prezident vəzifəsini tutduğu "Trump Organization”ın dövlət qurumları ilə biznes əlaqələri yoxdur.
 
///Report
OXŞAR XƏBƏRLƏR