Trampın qərarı ilə Google Maps-də “Ontario gölü”nün adı dəyişdirildi

Trampın qərarı ilə Google Maps-də “Ontario gölü”nün adı dəyişdirildi
DÜNYA
17:59 30.08.2026
210
"Google Maps" ABŞ ərazisində olan istifadəçilər üçün əvvəllər "Ontario gölü” adlandırılan su hövzəsinin adını "Amerika gölü” (Lake America) kimi göstərməyə başlayıb.

Bu barədə şirkət məlumat yayıb.

Bununla belə, Kanadadakı istifadəçilər gölün əvvəlki "Lake Ontario” adını görməyə davam edəcəklər. Digər ölkələrdə isə tətbiq hər iki variantı – "Lake Ontario və "Lake America” nümayiş etdirəcək.

Şirkətdən bildirilib ki, dəyişiklik ABŞ-nin rəsmi mənbələrindəki coğrafi məlumatların yenilənməsi ilə əlaqədar edilib.

Bu qərara Kanadanın Ontario əyalətinin baş naziri Daq Ford da münasibət bildirib. O, gölün sahilində üzərində "Ontario gölü” yazılmış məlumat lövhəsi quraşdırıb.

Qeyd edək ki, daha əvvəl Tramp Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü” kimi dəyişdirdiyini açıqlamışdı.

///modern.az///
OXŞAR XƏBƏRLƏR