"Trampın Qəzza planı savaş elanıdır" - Fələstin rəsmiləri

DÜNYA
16:24 11.02.2025
151
ABŞ Prezidenti Donald Trampın Qəzzanı işğal etmək və almaq planı Fələstin xalqını öz torpaqlarından qoparmaq məqsədi daşıyan müharibə elanıdır.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu bütün qrupları öz çətiri altında birləşdirən Fələstin İslami və Milli Qüvvələri Koalisiyasının Təqib Komitəsi Trampın Fələstinlə bağlı planına reaksiya verərkən açıqlayıb.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:
 
"Trampın son bəyanatları xalqımıza qarşı ABŞ-Sionist tərəfdaşlığının əsl simasını ortaya qoyur. Bu, xalqımızın Qəzza zolağından qovulmasına yönəlmiş yeni müharibə elanına bərabərdir. Bu bəyanatlar ABŞ-nin gələcək administrasiyasının niyyətləri ilə bağlı təhlükəli siqnal ehtiva edir və bu planların qarşısını almaq üçün qətiyyətli beynəlxalq və ərəb dünyasının mövqeyini tələb edir".
 
Komitə "27 Fevralda Misirin ev sahibliyi edəcəyi Ərəb Sammitində bu qətliam planlarına qarşı təsirli və mühüm rol oynamaq üçün funksional addımların atılmasına” çağırıb.
 
Komitə vurğulayıb ki, hər hansı siyasi və ya humanitar düstur və ya bəhanə ilə fələstinlilərin məskunlaşdırılması və ya köçürülməsinə yönəlmiş istənilən layihə əngəllənməlidir.

Bəyanatda həmçinin Fələstin davasının öz torpaqlarında müqavimətinin gücləndirilməsi zərurətinə diqqət çəkilərək, Fələstin xalqının Qəzza, İordan çayının qərb sahili və İsraildəki sabit mövqeyinin siyasi və maliyyə cəhətdən dəstəklənməsinin zəruri olduğu qeyd edilib.

Açıqlamada ərəb ölkələrinin məcburi miqrasiya planlarını həyata keçirmək üçün ABŞ-nin hər hansı təzyiqini rədd etməsinin vacibliyi vurğulanıb və bununla bağlı istənilən dözümlülüyün işğalın davam edən cinayətlərinə birbaşa şərik olmaq mənasına gəldiyi xatırladılıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR