- Araz İsgəndəroviç, biz qorxurduq ki, Trampı seçməyəcəklər. Amma Donald hamıdan güclü oldu!
- Şükür Allaha!
- Siz bunu necə şərh edərdiniz?
- Biz deyərdik ki, milyarder dilindən..
- Bəli.... Və mən düşünürəm ki, bu da Trampın seçilməyində öz rolunu oynadı. Yəni, onlar həddlərini aşmışdılar, buna görə də, belə, etiraz səsverməsi baş verdi.
- Ciddi olmayan sual: Bu doğrudur ki, Trampı milyarder Araz Ağalarov maliyyələşdirib? Klinton tərəfdarları deyirdilər ki, siz ona maddi kömək etmisiniz.
- Mən özümü maliyyələşdirə bilmirəm, ABŞ-ın prezidentini necə maliyyələşdirim? Biz hamımız elə bir böhran içərisindəyik ki... ABŞ prezidentini düşünməkdənsə, özümüz bu böhrandan necə çıxa bilərik,onu düşünürük.
- Indi ciddi sual. Siz Trampla bir-neçə dəfə görüşmüsünüz. Necə düşünürsüz, bundan sonra iki ölkə arasında münasibətlər necə inkişaf edəcək?
- Bir sözlə deyə bilərəm ki, yaxşılaşma olacaq. Amma, sözsüz ki, bunun bir "ordu” əlehdarları da var.
- Komandada?
- Yox, ümumiyyətlə. Axı Amerikada çoxlu insan var ki, onlara konkret düşmən lazımdır. Əvvəllər bu SSSR idi. Sonra SSSr öz gücünü itirdikdən sonra düşmənlər Yaxın Şərqdə meydana gəldi.İndi yenidən düşmənin Rusiya olması istiqamətində işlər gedir. Amma Trampın gəlməsi ilə nəsə dəyişə bilər.
- Siz onu yaxından tanıyırsınız? Necə insandır? Deyildiyi kimi, kobud, sözünün üstə dəyanmır, qadınlara qarşı..... seksual skandallar.
- Mən bilirəm ki, kişi qadına tamah salırsa, deməli, o əsil kişidir. Bu ilk növbədə. Pis olardı ki, o kişilərə tamah sala... Onun sözünün üstündə dəyanmamağına gəlincə isə, biznesdə-sözünün üstündə dəyana bilmirsənsə, heç nəyə nail ola bilməzsən.
- Siyasət biznesdir?
- Əlbəttə ki. İş burasındadır ki, Tramp iki dəfə müflis olub. Əgər insan o vəziyyətdən çıxa bilibsə, deməli yaxşı vasitəçidir. Deməli, o kompromissə gedə bilir. İstənilən siyasət-kompromissdir.
- Bəs, xaraktercə necə bir insandır?
- Donald Tramp mənim xoşuma gəldi.
- Bəs necə oldu ki,o, oğlunuz, Emin Ağalarovun kilipində çəkildi? Pulsuz?
- Elə bircə o çatmırdı ki..... Donald Trampa nə qədər pul vermək lazımdır ki, o klipdə çəkilsin. Sözsüz ki, pulsuz.
- Dostcasına?
- Onda "Kainat Gözəli” müsabiqəsi keçirilirdi, cənab Tramp burda təxminən bir həftə keçirdi. Emin xahiş etdi ki, Tramp klipdə çəkilsin. Tramp da belə cavab verdi: "10 dəqiqə vaxtım var, bir dubla çəkə bilsəniz....”. Beləlikə də klip bir dubla çəkildi.
- Neçənci il idi?
- 2013-cü il.Mart ayı
- Gizli sual: Həmin 2013-cü ildə Tramp Kremldən kiminləsə gizli görüş keçirdi?
- Tamamilə əmin olar bilərsiniz ki, yox. Mən dəqiq bilirdim ki, kim kiminlə nə vaxt görüşəcək.
- Siz Donalda zəng edib, təbrik edəcəksiniz?
- Başa düşürsünüz ki, ABŞ prezidentinə zəng etmək o qədər də asan deyil, amma təbrik məktubu göndərəcəm.
- Bəlkə, nömrəsini verəsiniz, biz zəng edək?
- Verə bilmərəm.
- Niyə?
- Mən, axı, öz əlaqlərimi hamıya verə bilmərəm. Bu, qeyri-etik alınır.
///AzNews.az