Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib

Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
DÜNYA
08:50 07.08.2025
227
ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.

Bu barədə Ağ Ev rəhbəri "Truth Social”da yazıb:

"Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, - deyə o bildirib.

Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək.

Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.

/report
OXŞAR XƏBƏRLƏR