Trampın vergi müharibəsinin son qurbanı - "Boeing" təyyarəsi ABŞ-yə qayıdır

Trampın vergi müharibəsinin son qurbanı - "Boeing" təyyarəsi ABŞ-yə qayıdır
DÜNYA
11:32 21.04.2025
277
ABŞ-nin təyyarə istehsalçısı "Boeing" tərəfindən Çinin Xiamen Hava Yolları üçün inşa edilən sərnişin təyyarəsi təhvil verilmədən ABŞ-yə qaytarılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu inkişaf ABŞ prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsinin aviasiya sektoruna təsirlərinin son nümunəsi olub.

"Boeing 737 MAX" təyyarəsi Çindəki son hazırlıqlardan sonra Sietldəki "Boeing" müəssisəsinə eniş edib.
 
Reuters müxbirinin verdiyi məlumata görə, üzərində "Xiamen Hava Yolları" loqosu olan təyyarə təxminən 8 min kilometrlik geri dönüş yolunda Quam və Havayda yanacaq doldurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR