Trampın xüsusi nümayəndəsi: HƏMAS girovları azad etməsə, məhv ediləcək

DÜNYA
19:30 21.02.2025
860
HƏMAS 2023-cü ildə götürülən israilli girovları geri qaytarmasa, məhv ediləcək.

Bunu CNN telekanalının efirində ABŞ Prezidenti Donald Trampın girovların işi üzrə xüsusi nümayəndəsi Adam Beler bildirib.

"Mən onların yerində olsaydım, girovları azad edərdim, əks halda onlar tamamilə məhv  ediləcəklər. HƏMAS üçün bir tövsiyəm var: Şiri Bibasın meyitini dərhal geri qaytarmalısınız”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu israilli girov Şiri Bibasın meyitinin əvəzinə nəmalam Qəzza sakininin meyitini təhvil verdiklərini bildirib və bunu anklavda atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.
 
///report
OXŞAR XƏBƏRLƏR