Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB

Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB
DÜNYA
21:46 11.09.2026
83
ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Kol bazar ertəsi Minskə səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Polşa KİV-i onun ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kol daha bir qrup məhbusun azad edilməsinə nail olmağa çalışır. O, 700-800 nəfərin azad edilməsinə kömək etdiyini və bu rəqəmi min nəfərə çatdırmağa ümid etdiyini bildirir. 
 

Martın 19-da Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Kol arasında keçirilən danışıqlardan sonra ekstremist xarakterli cinayətlərə görə məhkum edilmiş və Belarusun cəzaçəkmə müəssisələrində saxlanılan daha 250 nəfərin əfv edildiyi məlum olub.


Bundan sonra Kol ABŞ-nin "Belinvestbank”, İnkişaf Bankı və Belarus Maliyyə Nazirliyinə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edildiyini, həmçinin "Belarus Kali Şirkəti” və "Belaruskali”nin ABŞ tərəfindən tətbiq edilən bütün sanksiya siyahılarından çıxarıldığını açıqlayıb.

Daha sonra Trampın xüsusi nümayəndəsi Vaşinqton və Minsk arasında bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Lukaşenko isə öz növbəsində ABŞ ilə "siyasi məhbuslarla” bağlı mövcud razılaşmalara əməl etməyə hazır olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR