Trampın xüsusi nümayəndəsi: "Ukrayna NATO-nun bir hissəsi olmayacaq"

Trampın xüsusi nümayəndəsi: "Ukrayna NATO-nun bir hissəsi olmayacaq"
DÜNYA
17:59 19.04.2025
207
"Ukrayna NATO-nun bir hissəsi olmayacaq, Kiyevin alyansa daxil olması məsələsi müzakirə olunmur".

AZXEBER.COM Oxu.Az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

"Biz son dərəcə açıq şəkildə bəyan etdik: NATO müzakirə xaricindədir. Siz (Ukrayna - red.) NATO-nun bir hissəsi olmayacaqsınız. Bu yeni bir fikir deyil. Biz bu barədə 2008-ci ildən danışırıq" , - deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, həmin vaxt ABŞ-nin Rusiyadakı səfiri Uilyam Berns bu hədəfin qeyri-mümkün olduğunu o vaxtkı dövlət katibi Kondoliza Raysın diqqətinə çatdırıb.
OXŞAR XƏBƏRLƏR