Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir

Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
DÜNYA
14:18 24.08.2025
329
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq həmin ölkənin Müstəqillik Günündə Kiyevə gedib.

Bu barədə "RBC-Ukraina” Müstəqillik Günü münasibətilə keçirilən şənliklərin yayımına istinadən məlumat yayıb.

Kelloq Kiyevin mərkəzində Ukrayna lideri Volodimir Zelenskinin çıxış etdiyi Müstəqillik Günü münasibətilə keçirilən şənliklərdə iştirak edib.

Bundan əlavə, tədbirdə Kelloqla yanaşı, digər ölkələrin nümayəndələri və rəsmiləri, xüsusən Kanadanın Baş naziri Mark Karni iştirak edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kit Kelloqu 1-ci dərəcəli "Xidmətə görə” ordeni ilə təltif edib.
//report
OXŞAR XƏBƏRLƏR