Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Rusiya lideri sui-qəsd cəhdindən sonra Trampı dəstəklədiyini bildirib və cinayəti qəti şəkildə pisləyib. Uşakov həmçinin qeyd edib ki, iki lider Ukraynadakı münaqişəni müzakirə ediblər.