Hamilə olduğunu deyən transın yalanı üzə çıxdı: Özü hər şeyi etiraf etdi

Hamilə olduğunu deyən transın yalanı üzə çıxdı: Özü hər şeyi etiraf etdi
DÜNYA
13:20 24.06.2022
1060
Doğum videosu ilə gündəm olan Mükremin ölüm qorxusundan danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial mediada yayımlanan hamiləlik və doğum videoları ilə reaksiyaların mərkəzində olan trans fenomen Mükremin Gezgin Armağan Çağlayanın proqramında etdiklərinin sırf teatr olduğunu bildirib. Verilən reaksiyalardan sonra o, çölə çıxa bilmədiyini deyib.

Səyyah Armağan Çağlayanın "Hamiləlik fikri haradan gəldi?" sualına o, belə cavab verib:

"Birdən oturmuşdum, dedim teatr edəcəm. Dedim ki, bədii ədəbiyyat, ssenari hazırlayacam. Qorxu hiss etdim. Fikirləşirdim ki, görəsən, bunu etsəm nə olacaq? Amma son anda sırf gündəm yaratmaq üçün bunu etdim”.

Gezgin ölüm təhlükəsinin olduğunu söyləyib:

"Hadisədən sonra çölə çıxa bilmirəm. Çünki kimsə məni incidərək kral olmağa çalışır. Bir yerə gedəcəyəmsə, maşınla gedərəm. Xalqımız LGBT fərdlərini dəstəkləmir, anam baş verənlərdən çox üzülür”.

Atasını 3 ildir görmədiyini deyən Gezgin sözlərini belə yekunlaşdırıb: 

"Atamla görüşə bilmirəm, utanıram. Atamın həsrətindəyəm. Atamın vəziyyətimdən xəbəri yoxdur. Eşitsəydi anama reaksiya verərdi. Anam ortada olduğu üçün çətin vəziyyətdəyəm. Yeni mahnılar çıxarmışam, mən karyeramı davam etdirəcəyəm. "TikTok” hesabım bağlandı, amma video çəkməyə davam edəcəyəm. Baş verənlərə görə hamı mənimlə birlikdə videolarını silməyə başladı”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR