"Transfer sehrbazı” İspaniyanı İngiltərəyə dəyişdi

İDMAN
19:09 17.06.2023
285
"Sevilya” idman direktoru Ramon Monçi ilə yollarını ayırıb.

La Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Transfer sehrbazı” ləqəbi ilə tanınan Monçinin yeni iş yeri də bəllidir. O, İngiltərənin "Aston Villa” klubunda fəaliyyət göstərəcək. Məlumatı Birmingem təmsilçisinin saytı yayıb.
OXŞAR XƏBƏRLƏR