Dünyanın ilk transseksual şəxsiyyət vəsiqəli deputatı olan Georgina Beyer 65 yaşında Yeni Zelandiyada vəfat edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Beyer 2020-ci ildə "göy qurşağı” cəmiyyətinə xidmətinə görə Yeni Zelandiyanın Fəxri Medalı ilə təltif edilib.
Əvvəllər aktrisa, drag ifaçısı, seks işçisi və radio aparıcısı kimi çalışmış Georgina Beyer İşçi Partiyasından millət vəkili seçilib. 2005-ci ildə Yeni Zelandiya parlamentinə daxil olub və seks işinin dekriminallaşdırılmasında mühüm rol oynayıb.
Beyerin Vellinqtondakı qocalar evində dünyasını dəyişdiyini bildirilib.
Gülay