Transseksuallar özlərinə moda dəfiləsi keçirir - FOTOLAR

DÜNYA
18:03 20.11.2014
4817
Türkiyədə transların moda dəfiləsi baş tutacaq. 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Maslak X-large Klub"da gerçəkləşəcək moda nümayişində Türkiyənin müxtəlif yerlərində yaşayan transseksuallar iştirak edəcək.Tədbirin təşkilatçısı transseksual Öykü Ay hamını dəfiləyə dəvət edib. 
O insanların onlara nifrət etməməsini sadəcə olaraq onlara sayqı duymasını istəyib:“Biz pis insanlar deyilik, vicdanlıyıq. Bizə olan münasibətdən bezmişik. Buyrun, gəlin, görün, bizimlə tanış olun. Bizə daş atana çörək və gül atmaq istəyirik”.
O moda nümayişində 35 transseksualın iştirak edəcəyini açıqlayıb.
 Artıq bu xəbərlə bağlı dəfilənin keçirilməməsini istəyən şəxslər bələdiyyəyə müraciət edərək tədbirin ləğv edilməsini tələb ediblər. Dəfilənin yaxın günlərdə baş tutacağı bildirilib.
OXŞAR XƏBƏRLƏR