AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Maslak X-large Klub"da gerçəkləşəcək moda nümayişində Türkiyənin müxtəlif yerlərində yaşayan transseksuallar iştirak edəcək.Tədbirin təşkilatçısı transseksual Öykü Ay hamını dəfiləyə dəvət edib.
O insanların onlara nifrət etməməsini sadəcə olaraq onlara sayqı duymasını istəyib:“Biz pis insanlar deyilik, vicdanlıyıq. Bizə olan münasibətdən bezmişik. Buyrun, gəlin, görün, bizimlə tanış olun. Bizə daş atana çörək və gül atmaq istəyirik”.
O moda nümayişində 35 transseksualın iştirak edəcəyini açıqlayıb.
Artıq bu xəbərlə bağlı dəfilənin keçirilməməsini istəyən şəxslər bələdiyyəyə müraciət edərək tədbirin ləğv edilməsini tələb ediblər. Dəfilənin yaxın günlərdə baş tutacağı bildirilib.


















