Trend üçün video çəkmək istəyən azyaşlı qız faciəvi şəkildə öldü - FOTO

Trend üçün video çəkmək istəyən azyaşlı qız faciəvi şəkildə öldü - FOTO
DÜNYA
00:10 23.01.2023
653
Sosial mediada insanların huşunu itirənə qədər nəfəslərini tutduqları "Choking Challenge" adlı təhlükəli trend yaranıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən trend 12 yaşlı qızın ölümünə səbəb olub.

Argentinalı Milaqros Soton adlı azyaşlı qız otağında asdığı ​​kəndiri başına taxaraq trendə uyğun video çəkmə istəyib. Lakin nəfəsi daralan qız özünün idarəetməsini itirdiyi üçün dünyasını dəyişib.

Məlumata görə, bu trend daha öncə də İngiltərədə iki nəfərin ölümünə səbəb olub.

Aydın
 

 

 


OXŞAR XƏBƏRLƏR