Avstraliyanın şimal-şərqindəki Kvinslend ştatında güclü yağışlardan sonra ortaya çıxan tropik melioidoz xəstəliyindən ölənlərin sayı artıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Kvinslend Ştatının Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, bununla da epidemiya nəticəsində həyatını itirənlərin sayı 26-ya yüksəlib. Mütəxəssislər güclü yağışdan sonra bakteriyaların havaya qarışması ilə inhalyasiya yolu ilə yoluxma riskinin artdığını bildiriblər. Rəsmilər yerli əhalini xüsusilə daşqınlardan sonra gigiyena qaydalarına diqqət yetirmələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, "Burkholderia pseudomallei” bakteriyasının yaratdığı infeksiya xüsusilə Cənub-Şərqi Asiya və Şimali Avstraliyada yayılmışdır.
Oksana