ABŞ-nin keçmiş prezidenti Donald Trampın vəzifəyə qayıtması ilə Bayden dövründə tətbiq edilən bəzi immiqrasiya siyasətləri sürətlə geri çəkilməyə başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təxminən 900,000 insana təsir edən CBP One adlı müvəqqəti hüquqi statusun səssizcə ləğvi ilə həm immiqrantlar, həm də bəzi Amerika vətəndaşları deportasiya riski altındadır.
Vətəndaşlara göndərilən e-poçtlarda bəzi insanlara dərhal ölkəni tərk etmələri, digərlərinə isə 7 gün vaxt verildiyi bildirilir.
Bildirildi ki, sistemdə ABŞ vətəndaşlarının əlaqə məlumatlarını verən bəzi immiqrant məsləhətçilərinə də səhvən bildirişlər göndərilib.
Gülay