TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
SOSİAL
20:20 11.06.2025
889
İyunun 11-də "Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında "Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən "Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə, hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90–95 faiz arasında dəyişir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır.

Daha sonra çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır, eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm daşıyır.

Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb