Tualet kağızından gəlinlik hazırlanıb.
AZXEBER.COM-un məlumatına görə, Cənubi Karolinadan olan saç ustası Nyu-Yorkda keçirilən yarışda qeyri-adi gəlinlik paltarı hazırladığı üçün 2000 dollar (1280 funtsterlinq) qazanıb.
Mimoza Haska gündəlik əlçatan materiallardan məftunedici və gözəl nəsə yaratmaq məzmunlu çağırışlardan ruhlanıb. O, tualet kağızlarını lentlərlə bir-birinə bağlayaraq qeyri-adi gəlinlik hazırlayıb. Layihəçi çıxışında qeyd edib ki “Mən paltarları, incəsənəti sevirəm. Beləliklə, mən müxtəlif incəsənət layihələrinə, müxtəlif materiallara, sənətlərə cəlb edilirəm. Bu işlə məşğul olmaq üçün spesifik bir səbəbim yoxdur, mən bu işi xoşlayıram və davam etməyi planlaşdırıram.”
Turxan