Tükürpərdici olay - 14 yaşlı qıza təcavüz etdi, 'onu qızım sayırdım' dedi

DÜNYA
18:54 30.11.2012
4574
Türkiyənin Erzurum şəhərində 14 yaşlı lisey şagirdi M.T.-yə təcavüz etmiş M.A. tutulub.
Liseydə oxuyan E.Ö. adlı qız rəfiqəsi M.T.-nı təqaüddə olan məmur M.A. ilə tanış edəndə "dostumun atasıdır" demişdi.
Rəfiqə qızları maşınında gəzdirən M.T. son üç ayda M.A. ilə təmaslarını daha da sıx edib, sonra da 14 yaşlı şagird qıza spirtli içki içirdərək təcavüz edib.
Həmin qızın əvvəllər başqa oğlanla birlikdə olduğunu öyrənən və bunu ailəsinə söyləyəcəyini deyərək qızı şantaj edərək qorxudan M.A. təcavüzdən sonra 14 yaşlı qızla dəfələrlə cinsi əlaqədə olub.
Sonra isə o, M.T.-ni Tortum rayonundan Erzuruma aparıb.
Şəhərin girişindəki polis postunda maşını saxlayan polis zabitləri avtomobili idarə edən yaşlı kişinin yanında yeniyetmə qızın olduğunu görüblər. O qızın kim olduğunu soruşanda M.A. "Qızımdır" deyib.
M.A-nın davranışından şübhələnən polis onu saxlayıb, az sonra isə həqiqət bəlli olub.
M.A. azyaşlıya təcavüz etməkdə şübhəli bilinir. Onu 23 ilədək həbs gözləyir.
M.T.-nin anası E.G. da qızının zorlandığını təsdiqləyib.
Təcavüz suçlamalarını qəbul etməyən M.A. deyib: "Mən onları heç vaxt telefonla zəng vurub axtarmadım. Ana və qızı sürəkli mənə zəng vurdular, "Buradayıq, gəl bizi apar", "Oradayıq, gəl bizi apar" dedilər. Məktəbdə nə problemi varsa, mənə zəng vururdu. Anasının astma xəstəsi olduğunu dedi, dərmanları aldım. Sonra kompüterə ehtiyacı olduğunu söylədi, kompüter aldım. Onu qızım kimi gördüyüm üçün hər yardımı edirdim", - M.A. deyib. (milli.az)

OXŞAR XƏBƏRLƏR