Tunisdə tanınmış vəkil həbs edildi - Ölkədə bir günlük qeyri-iş günü ola bilər

Tunisdə tanınmış vəkil həbs edildi - Ölkədə bir günlük qeyri-iş günü ola bilər
DÜNYA
11:51 13.05.2024
124
Tunisdə vəkil və köşə yazarı Sonya Dahmaninin həbsinə etiraz edən vəkillər ölkədəki bir günlük iş dayandırmaq qərarına gəliblər.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, televiziyada hakimiyyətin Sahara-altı Afrikadan gələn qeyri-qanuni mühacirlərə münasibətini tənqid edən Dahmani Tunislə bağlı "Nə sadə ölkədir” deyib.

Bu açıqlama və şərhdən sonra Dahmnainin saxlanması ölkədə gündəm mövzusu olsa da, Tunis Vəkillər Kollegiyasının sədri Hatəm əl-Meziyu Tunis Birinci İnstansiya Məhkəməsinin qərarına uyğun olaraq Dahmaninin həbsinə reaksiya verib.

Mətbuat konfransı keçirən Əl-Meziyu "Vəkillər Kollegiyasının qərargahına basqı, Vəkillər Kollegiyasına qarşı açıq-aşkar hücumdur. Vəkillər Kollegiyasına edilən hücumda iştirak edənlərdən müvafiq orqanlara şikayət edəcəyik", - deyib.

Əl-Meziyu Vəkillər Kollegiyasına üzv vəkillərin ölkə daxilində bütün məhkəmələrdə bir günlük iş dayandırılması təşkil edəcəklərini ifadə edərək, Dahmaninin sərbəst buraxılmasına çağırıb.

Tunisli vəkil Sonya Dahmani mayın 11-i şənbə günü axşam saatlarında Tunis Vəkillər Kollegiyasına polis basqını zamanı saxlanılıb.
 
Dəhmaninin saxlanma səbəbi ilə bağlı açıqlama verilməyib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR