Xalq artisti Tünzalə Ağayeva sevilən müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb.
AZXEBER.COM xəbər verir ki, onların "Sənin yanında” adlı duetləri işıq üzü görüb.
Mahnının musiqisi bəstəkar Fərid Kərimliyə, sözləri Tural Xaniyə, aranjıman isə Eşqin Ağayevə aiddir.
Sözügedən mahnı üçün müğənnilər rejissor Xəyal Murtuzovun kamerası qarşısısına keçiblər.
Ekran işi estrada ulduzunun şəxsi "Youtube” səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.