TRT Türk dünyasının sənətçilərini sentyabrın 11-də Dənizli şəhərində keçiriləcək Türkçəviziyon Festivalında bir araya gətirəcək.
AZXEBER.COM xəbər verir ki, bu il say etibarilə dördüncüsü təşkil olunacaq festivalda Orta Asiya və Balkanlardan 21 ölkə iştirak edəcək.Azərbaycanı festivalda sevilən sənətçi Tünzalə Ağayeva təmsil edəcək. Dörd gün davam edəcək festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.TRT-nin baş direktoru İbrahim Şahin festival şüarının “Bir dil bir ürək” olduğunu, eləcə də türkdilli xalqların bir-birini tanımalarının, qaynayıb-qarışmalarının, sevgi bağının meydana gəlməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacağını bildirib.TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəğercanın verdiyi məlumata görə, festivalda Bosniya və Herseqovina, Uyğur Muxtar vilayəti daxil olmaqla 21 ölkə iştirak edəcək.Festival sentyabrın 14-də Bakı vaxtı ilə 23:00-da TRT Avaz və TRT Müzik kanallarında və Azərbaycanın İctimai Televiziyası daxil olmaqla 14 ölkədə canlı yayımlayacaq.