Tünzalə Ağayeva “Yandım” mahnısına yeni nəfəs verdi - VİDEO

Tünzalə Ağayeva “Yandım” mahnısına yeni nəfəs verdi - VİDEO
MAQAZİN
15:17 24.02.2026
259
Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, pop ulduz əfsanəvi "Yandım” mahnısına yeni nəfəs verib.
 
Musiqisi Ramiz Mirişliyə, sözləri isə Süleyman Rüstəmə məxsus olan əsər tam fərqli formatda təqdim olunub.
 
Mahnının masterinqini Emin Kərim, aranjımanını isə Tural Məmmədli edib.

Əsərdə sənətçini məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu onların sayca üçüncü layihəsidir.

Klipin rejissorluğu Röyal Səfərova aiddir.

Qeyd edək ki, "Yandım” layihəsi artıq bütün musiqi platformalarında, həmçinin də Xalq artistinin rəsmi "Youtube” kanalında yayımlanır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR