Tünzalə Ağayevadan şok iddia: 'Sezen Aksu kimi pula satılan sənətçilər...'

Tünzalə Ağayevadan şok iddia:
MAQAZİN
20:32 15.03.2012
3681
Azərbaycanın əməkdar artistiTünzalə AğayevaTürkiyənin ölkəmizdəki səfirliyinin kültür və tanıtma müşavirliyinin təşkil etdiyi gecədə türkiyəli həmkarı, məşhur opera sənətçisiOya xanım Ergünlə birlikdə "Sarı gəlin"i duet şəklində oxudu. Anspress-in məlumatına görə, duet "Türkiyənin Turizmdəki Başarı Öyküsü" tədbiri çərçivəsində baş tutan kiçik konsert proqramında ifa olunub.Konsert proqramında hər iki sənətçinin ifasında Azərbaycan və türk mahnıları ifa olunub, sonda isə duet şəklində "Sarı gəlin" mahnısı ifa edilib. Türk sənətçisi dəfələrlə erməni təcavüzünə məruz qalmış xalq mahnımızın ilk bəndini ifa edən zaman Tünzalə Ağayeva kövrəlib. Çətinliklə özünü ələ alaraq göz yaşlarının axmasının qarşısını alan əməkdar artist "Sarı gəlin"inin növbəti bəndlərini özünəməxsus tərzdə ifa edib. Duet alqışlarla qarşılanıb.İfanın sonunda hər iki sənətçi fikirlərini bölüşüb.Sezen Aksunun "Sarı gəlin"i erməni xorunun müşayiəti ilə erməni dilində oxuyub yeni albomuna daxil edəcəyi xəbərindən hiddətlənən Tünzalə Ağayeva bunları söyləyib: "Bilirsiz, "Sarı gəlin" o qədər başı bəlalı mövzudur ki, bu haqda illərlə danışsaq da, qurtarmaz. Bu mövzuda susmaq olmaz. Bu mahnını gözümüz baxa-baxa oğurlayırlar, ermənilər öz adlarına çıxarırlar. Oya xanım sağ olsun ki, "Sarı gəlin"i mənimlə birlikdə duet oxudu. Sözün düzü, Oya Ergün bu gecə ilə bağlı məndən bərabər nə edə biləcəyimizi soruşdu. Mən də həmin bu mövzuya toxundum. Dedim, siz də bilirsiz, biz də, bizim ən ağrılı bir mövzumuz var, bu da "Sarı gəlin"dir. Qoymayaq əlimizdən getsin. Bu mahnını imkan düşdükcə, sizli-bizli hər yerdə, hər dəfə ifa etməliyik”.Tünzalə xanım yorulmadan haqqımızı tələb etməyimizin vacibliyini bildirib: "Qoy insanlar düşünməsinlər ki, mövzu çox çeynəndi, köhnəldi. Biz usandıq dedikcə, Sezen Aksu kimi pula satılan sənətçilər, baxmayaraq ki, onun arxasında minlərlə pərəstişkarı var, o bu durumundan çox haqsızcasına istifadə edib yararlanır. Əslində bizim hərəkətə keçməyimiz lazımdır. Hətta gec qaldıq belə. Bunu mən hər yerdə söyləyirəm və bezmədən yenə də söyləyəcəyəm".Türk sənətçisi Oya Ergün "Sarı gəlin"in təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mahnısı olduğunu söylədi. Ermənilərin Azərbaycan xalqına etdiklərini bütün qəlbi, varlığı ilə çox qınadığını qeyd edən Oya xanım "Sarı gəlin"in erməni dilində səslənməsinin artıq ən son hədd olduğunu bildirdi.Konsertin digər maraqlı məqamı isə o idi ki, Tünzalə Ağayeva Türkiyə türküləri, Oya Ergün isə Azərbaycan xalq mahnıları, eləcə də bəstəkar mahnıları ifa etdi. Əməkdar artistimizin bütün türklərin qəlbini parçalayan "Çanaq qala" türküsü hər iki ölkədən olan tədbir iştirakçılarının gur alqışları ilə qarşılandı. Türk sənətçisi Oya Ergünün çox gözəl və yüksək peşəkarlıqla ifa etdiyi "Ay qız", "Yalqızam, yalqız" kimi məşhur mahnılarımız dinləyicilərin rəğbətini qazandı.
Qeyd edək ki, AZXEBER.COM portalı Sezen Aksunun "Sarı Gəlin" mahnısını erməni dilində ifa etmək istəməsi xəbərini bir neçə gün bundan öncə  ictimaiyyətin diqqətinə çatdırmış və məsələ ilə bağlı bir neçə şou-biznes nümayəndəsinin fikirlərini yayımlamışdı. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın