"Tünzaləni gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək"

"Tünzaləni gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək"
MAQAZİN
11:43 17.06.2025
261
"Bu gecə Tünüşü gördüm yuxumda. Baxdı mənə uzun müddət..."
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial media hesabında yazıb.
 
Röyal illər keçməsinə baxmayaraq həyat yoldaşının xəyalı ilə yaşadığını deyib:
 
"Bu gecə,Tünüşü gördüm yuxumda. Baxdı mənə uzun müddət...Dedim gedirsən hə? Vaxtdır? "Hə gedirəm"- dedi. O an yuxudan oyandım, baxdım ki, hava işıqlanıb. Bilirəm ki, bu mümkün deyil, amma yenidən yuxuya getməyə çalışdim ki, yuxunun davamini bəlkə görərəm deyə, amma olmadı...

Tünüşsüz keçən 2 ildə həyatım bu cür keçir. Bir baxıram yanımdadır, sonra yuxu içində yuxu görürəm, deyrəm axı Tünüş yoxdur... Sonra daha bir yuxu görürəm, baxıram ki, heyatımıza qaldığımız yerdən dəvam edirik. Artıq öyrəşmişəm. Tünüşü gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək, vaxt itirməyim, daha cox zaman keçirim onunla. Düşünürəm ki, ölumdən sonraki həyat elə bu cürədir. Heç nə olmamış kimi yaşamağa dəvam edəcəyik. Qovuşacağımız o günə qədər səbr...".
 
Aysel
OXŞAR XƏBƏRLƏR