'Tünzalənin fitnələri yenə də aləmi bir-birinə qatdı'

MARAQLI
12:55 28.02.2013
1391

Hər bölümü yayımlandıqdan sonra daha çox tamaşaçı rəğbətini qazanan “Məhkumlar” bədii televiziya serialının bu gün yayımlanacaq 21-ci hissəsində də çox maraqlı hadisələr cərəyan edir. Dramatizm, intriqa, bitib-tükənmək bilməyən həyacan dolu anlar sona qədər seyrçini intizar içərisində saxlayır.

Belə ki, Tunzalənin fitnələri yenə də aləmi bir-birinə qatır. Qızı Şəbnəmlə görüşən Zər Şahmar ona atası olduğunu etiraf edə bilmir. Solmazın bətnindəki körpə uğrunda Xuramanla Zərintacın arasında davam edən qarşıdurma əsl müharibəyə çevrilir. Tərəflərdən heç biri güzəştə getmək niyyətində deyil. Hətta Zərintac Xuramana Solmazın başqa bir adamdan hamilə qaldığını söyləyir. Bu söhbətdən xəbər tutan Solmaz iztirab və əzab dolu keçmişini gözləri önündə canlandıraraq intihar etmək qərarına gəlir.

Bütün bu hadisələrin niyə və necə baş verdiyini bilmək istəyirsinizsə, bu axşam saat 19.15-də ATV kanalında yayımlanacaq “Məhkumlar” serialını izləməyi unutmayın.

OXŞAR XƏBƏRLƏR