Turab Rzayev Hindistan gömrüyündə saxlanıldı

SOSİAL
12:48 09.12.2024
125
Tanınmış politoloq Turab Rzayev Bakıya qayıdarkən Hindistan gömrüyündən buraxılmayıb.

AZXEBER.,COM xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Məlumata görə, saxlanılmasına səbəb kimi onun tez-tez Hindistana səfər etməsi göstərilib.

"Hindistan gömrüyündə dedilər ki, çox gedib-gəlirsən, gəl, qonağımız ol”, - o, paylaşımında bildirib.

Məsələ ilə bağlı açıqlama verən politoloq gömrükçülərin onu buraxmaq üçün pul istədiklərini bildirib.

"Üstümdəki pulun hamısını istəyirlər”.

OXŞAR XƏBƏRLƏR