Tural Abbaslının anası: "Həbsdən çıxan kimi Tural hansı qızı göstərsə, ona da elçi gedəcəm”

Tural Abbaslının anası: "Həbsdən çıxan kimi Tural hansı qızı göstərsə, ona da elçi gedəcəm”
MARAQLI
05:45 13.06.2011
2829

O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) ittiham olunur. Səbayel Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Mayın 24-də Səbayel Rayon Məhkəməsi T.Abbaslının həbs müddətini daha iki ay uzadıb. 

T.Abbaslı 1982-ci il sentyabrın 13-də anadan olub. 1989-cu ildə S.M.Pişəvəri adına fars təmayüllü gimnaziyaya, 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsinə, 2009-cu ildə isə Bakı Dövlət Universitetinin(BDU) jurnalistika fakültəsinin magistraturasına daxil olub. Aprelin 4-də Səbayel rayon məhkəməsinin qərarından sonra siyasi əqidəsinə görə BDU-dan qovulub. 2007-ci ildən Müsavat Gənclər Təşkilatına sədrlik edir. 2010-cu ilin parlament seçkiləri zamanı 21 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürüb. Amma namizəd kimi qeydə alınmayıb.

Uşaq yaşlarından atasını itirən T.Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Ötən gün T.Abbaslının ailəsinə baş çəkdik. Bizi qapıda anası B.Abbasova qarşıladı.
Dörd övladının olduğunu deyən B.Abbasova Turalın uşaqlıq illərindən danışdı: “Üç oğlum, bir qızım var. Tural ikinci oğlumdur. Uşaq vaxtından hər şeylərini bölüşüblər. Dalaşanda da küsülü qala bilmirdilər, bir az keçən kimi barışırdılar. (Gülərək) Hərdən də aralarını vururdum ki, küsülü qalsınlar. Belə olanda gec-gec dalaşırdılar”.
Anasının sözlərinə görə, Tural uşaqlıqdan həmişə kişilik nümunəsi göstərib: “Böyük qardaşları Teymur və Toğrul həmişə onun sözünü eşidiblər. Tural iki aydır evdə yoxdur. Evdə bir problem olanda hamı deyir Tural olsaydı, bir başqa yol göstərərdi. O, daha çevik qərar verə bilir”.

B.Abbasova Turalın həmişə zəiflərin yanında olduğunu bildirdi: “Deməzdim ki, Tural orta məktəbi əla qiymətlərlə oxuyub. Amma çox çalışqan olub. Əvvəllər ”Kubinka"da qalırdıq. Pişəvəri adına fars təmayüllü gimnaziyada oxuyub. Uşaqlığında hamıdan zəif olub. Balaca olanda məktəbdə “banda” yaratmışdı. Kitablara münasibətində çox səliqəli, dostlarına qarşı çox sədaqətlidir. Bu cəhəti mənə oxşayır. Həm əliaçıq, həm də ürəyiaçıq olub. Məktəbdə ehtiyacı olan uşaqlara kömək edirdi. Hamı da onu çox istəyirdi. Həm də çox dalaşqan idi".
Anası dedi ki, Tural balıq ovuna getməyi xoşlayır: “Hər dəfə kənddən bir macəra ilə qayıdırdı şəhərə. Bir dəfə kabab çəkəndə gözünə qaynar şiş batıb. Bir dəfə ayaq barmağı yaralanıb qanqrena vəziyyətinə çatmışdı”. B.Abbasova oğlunun çatışmayan cəhətlərinin olduğunu da vurğuladı: “Çox tərsdir. Səhv də olsa, dediyindən dönmür. Amma hər ana üçün övladı şirindi. Turalın yeri evdə görünür. Atası rəhmətə gedəndən sonra evdə kişi vəzifəsini Tural tutub. Hələ kiçik yaşlarından evin qayğısını çəkib”.
B.Abbasova oğlunun universitetdən qovulması məsələsinə də toxundu: “Universitetə davamlı getməsə də, savadlı uşaqdı. O bir günün içində də hazırlaşıb qiymət ala bilirdi. Mən bilən boloniya sistemində universitetdən qovulmaq söhbəti yoxdur. Yanvarda bildirdilər ki, kəsiri var. Gedib ödədi. İmtahanlarından birini verdi. Daha bir imtahanı martın ilk şənbəsi idi. Müsavat Partiyasının 12 mart mitinqinə gedərkən Turalı tutdular. Martın 20-də həbsdən çıxdı. O biri imtahan da aprelin 2-nə düşürdü. Həmin gün də həbs olundu. Son vaxtlar Abel Məhərrəmov müsahibə verib ki, universitetə qayıtmaq üçün bərpa komissiyasına müraciət edək. Görünür məsələnin siyasiləşdirilməsini istəmir. Amma Tural universitetdən siyasi baxışlarına görə uzaqlaşdırılıb”.

Anası dedi ki, Tural polis akademiyasına daxil olmaq istəyib: “Mən bilirdim ki, o işdə davam gətirə bilməyəcək. Çünki bu sistemdə tamam fərqli situasiya var. Bütün imtahanlardan keçdi. Üç imtahandan 296 bal toplamışdı. Keçid isə 300 bal idi. Sonra Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsinə girdi. Abel Məhərrəmov deyir ki, Tural əvvəl oxuduğu universiteti necə oxuyubsa, Bakı Dövlət Universitetində də o cür oxuyub. O, savadsız olsaydı, BDU-nun magistraturasına daxil ola bilməzdi. Onunla fəxr edirəm. Mən qul yox, oğul böyütmüşəm”.

B.Abbasova oğluna həbs cəzası veriləcəyini ehtimal edir: “Onlara tətbiq olunan maddədə üç aydan üç ilə qədər həbs və cərimə nəzərdə tutulur. Bir azdan həbsinin üç ayı tamam olacaq. Cərimə də olunmayıb. Yəqin ki, həbs cəzası veriləcək”.

B.Abbasova onu da dedi ki, Tural həbsdən çıxandan sonra ilk işi onu evləndirmək .olacaq: “Hansı qızı göstərsə, ona da elçi gedəcəm”.

mənbə: Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO