Tural Abbaslı bu seçki dairəsindən deputatlığa namizəd olacaq - Özü açıqladı

SİYASƏT
14:47 03.07.2024
1114
"Mən 21 saylı Nəsimi-Binəqədi seçki məntəqəsindən namizədliyimi irəli sürəcəm. Çünki bu günə qədər üç dəfə o dairədən namizəd olmuşam. Hələlik, bu istiqamətdə işləyirik. Yəqin ki, vəsiqələrimizi aldıqdan sonra bizim səlahiyyətli nümayəndələrimiz sənədlərini 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə də təqdim edəcəklər".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib.
 
Partiya sədri əlavə edib ki, "Ağ Partiya"dan 70-ə yaxın səlahiyyətli nümayəndə MSK-dan qeydiyyatdan keçib. O, partiyanın neçə dairədən namizəd irəli sürəcəyi ilə bağlı isə hələlik yekun qərar vermədiklərini bildirib:

"Digər partiyaların, əsasən də Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin hansı seçki məntəqələrindən namizədliklərini irəli sürmələri ilə bağlı dəyişikliklər olur. Ona görə də MSK-ya konkret həmin partiyalar kimi namizədləri adlar üzrə yazıb siyahını vermirik. Ümumən, bizim artıq 70-ə yaxın səlahiyyətli nümayəndəmiz MSK-dan qeydiyyatdan keçib. Onlar dairələrə namizədlərin sənədlərini təqdim edir. İndi biz vəsiqələri aldıqdan sonra həmin şəxsləri yavaş-yavaş həmin dairələr üzrə seçkiyə cəlb edəcəyik. Elə namizədlər var ki, iki, bəziləri üç dairədə təmsil olunurlar. Onlar bəzi kriteriyaları gözləyirlər. Bəziləri rəqibləri nəzərə alır, bəziləri səsləri toplayır. Ona görə də konkret müəyyənləşdirmə yoxdur. Seçki dairələrinin çoxundan namizəd vermək niyyətindəyik. Bizdə bəlli namizədlik siyahısı da var".
Qeyd edək ki. Tural Abbaslının namizədliyini irəli sürəcəyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən hazırda deputat YAP-ın namizədi Məlahət İbrahimqızıdır. 
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb