Ağ Partiya sədri Tural Abbaslı ona "cib müxalifəti” deyənlərə cavab verib.
Tural Abbaslı AZXEBER.COM-a açıqlamasında bildirib ki, onların fikri özü üçün maraqlı deyil:
"Məşhur bir ifadə var ki, sənin alqışınla yaranmamışam, qarğışınla da yox olam. Onların yanaşması elədir. Mən onların lideri deyiləm, onlar da mənim partiyamın üzvü deyil. Buna görə də, onların fikri mənə maraqlı deyil. Ayamalar qoymağa gəlsə, cəmiyyət hamıya bir ayama qoyub. Amma mən istəməzdim ki, bu ənənə davam etsin. Bilirsiniz atılan addımın doğruluğuna, yanlışlığına qiymət verən bir-birimiz deyilik. Bizə başqa partiyalar yox, xalq qiymət verir. Ən ədalətli qiymət də xalqın verdiyi qiymətdir. Xalqdan neqativ qiymət görməmişəm, kimlərəsə xoş gəlmək üçün yolumuzu dəyişmək fikrim yoxdur”.
Tural Abbaslı qeyd edib ki, onun yolu doğru yoldur:
"Biz doğru yolda oduğumuzu düşünürük. Onlara da yenidən öz siyasətlərinə baxmağı tövsiyə edərdim. Mənim tövsiyəmə əməl etməyə də bilərlər. Amma mən bir həmkar kimi tövsiyə edirəm ki, öz siyasi hədəflərinə yenidən dəyərləndirmə etsinlər”.
Tural Abbaslının videomüsahibəsini təqdim edirik:
Aydın Nuri