Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Ağ Partiya” lideri Tural Abbaslı parlament seçkilərində iştirak edib-etməyəcəyini münasibət bildirərkən deyib.
"Bildiyiniz kimi, seçki günü sentyabrın 1-ə təyin edilib. Sabah partiyamız iclas keçirəcək. İclasda partiyanın seçkilərdə iştirakıyla bağlı qərar veriləcək. Eyni zamanda, artıq fərdi qaydada deyil, "Ağ Partiya” olaraq bu seçkilərdə iştirakla bağlı lazımi sənədləşdirmə işlərinə başlanılacaq. Partiya olaraq xeyli qəliz bir prosedura gediləcək. Burada səlahiyyətli nümayəndələrin, maliyyə üzrə nümayəndələrin, protokolların MSK-ya təqdim olunması, səlahiyyətli nümayəndələrin siyahısının, o cümlədən vəkalətlərin təyin olunması müəyyənləşəcək. Bizim qərarımız odur ki, partiya olaraq mümkün qədər çox dairədən təmsil olunaq. Lakin yekun qərar yəqin ki, iclasdan sonra məlum olacaq".
"Mənim 24 illik siyasi təcrübəm var. Siyasi partiyalar seçkilərə yeri gələndə yayda, yeri gələndə də qışda hazır olmalıdır. Hər mövsümün özünün müsbət və mənfi tərəfləri var. Mən bunların hamısını sadalaya bilərəm. Burada məsələ bilirsiz nədir?! Belə bir məsəl var ki, "çobanın könülü olsa, təkədən pendir tutar”. Bu o deməkdir ki, onların seçki prosesində iştirak etməyə imkanları yoxdur. Bu səbəbdən də hər cür bəhanə axtarlırlar. Sözün düzü, onun fikirləri nə mənə, nə də cəmiyyətə maraqlıdır. Küçəyə çıxın, sorğu keçirin, bir adama onun seçkidə iştirak etməsi maraqlı deyil. Biz düşünürük ki, seçkidə iştirak etmək fürsətdir. Hər bir partiya hakimiyyətə gəlmək üçün yaranıb. Seçkilərlə hakimiyyətə gəlmək yeganə, hüquqi və legitim yoldur. Başqa yol yoxdur. Gəlin, bu seçkini, digərlərini də boykot edək. Bəs, nə təklif olunur? Hansı formada gələk hakmiyyətə? Seçkidən başqa bunun başqa yolu varmı?”.
Mikayıl Mirzəzadə