Gənc müğənni Tural Qismət yeni klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, "Kim deyir” adlı mahnı oynaq melodiya və ritmi ilə fərqlənir.
Qeyd edək ki, Tural Qismət - Məmmədov Tural 1982-ci ildə Bakıda doğulub. Orta təhsilini Müşfiqabad qəsəbəsində yerləşən məktəbdə alıb. Paralel olaraq musiqi məktəbinə də gedib. Uşaqlıqdan özfəaliyyət dərnəyinin üzvü olub. 1994-cü ildə təhsilini Bülbül adına Musiqi Məktəbində Əlibaba Məmmədovun sinfində davam etdirib. 2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin estrada şöbəsinə qəbul olub. 2004-cü ildə oranı bitirən müğənni musiqi fəaliyyətini davam etdirir. Musiqili Komediya teatrında, xorda, eyni zamanda 2011-ci ildən yaratdığı " Qismət" musiqi qrupunda peşəkar fəaliyyətini artırır. Başqa müğənni həmkarları ilə bir neçə duetlə çıxış edir. Zamanla konsertlərdə, el şənliklərində, müxtəlif televiziya proqramlarında çıxışlar edən qrupun solisti öz qrupunun adı ilə Tural Qismət olaraq tanınır.
Tural Qismətin sənət fəaliyyəti çoxşaxəlidir. Dinləyicilər onu gah Elza İbrahimovanın Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı "Sənsizliyim dərd olub" mahnısıyla, gah da oynaq bir toy havası ilə görə bilər.
Sənətçinin yeni ekran işini təqdim edirik. Həmçinin qeyd edək ki, klipdə xalq artisti Səməd Səmədov da çəkilib.