Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb

Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
HADİSƏ
20:42 16.03.2025
822
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

10.06.1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlövsət oğlu Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Tural Sadıqlı nədə ittiham olunur?

Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.
Tural Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını "oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Tural Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Tural Sadıqlı barəsində axtarış elan edilib

Bundan başqa, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.
01 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1,34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Cinayət-Prosessual Məcəllənin 54-cü və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
 
///APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir